GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 30-u səhər saatlarında azərbaycanlı siyasi məhbus və həkim Fərzanə Qarahəsənlinin 43 yaşlı qardaşı Hüseyn Qarahəsənli dünyasını dəyişib.
Yas mərasiminə qatılmaq istəyən həkimə icazə verilməyib. Həbsxana rəhbərliyi ona mane olub. Fərzanə Qarahəsənlinin yaxınları bildiriblər ki, o, hazırda şokdadır və danışa bilmir.
Fərzanə Qarahəsənlinin bacısı isə deyib ki, Fərzanənin və ərinin barəsində ölüm hökmü çıxarıldıqdan bəri siyasi məhbusun qardaşı psixoloji sarsıntı keçirib və son iki ildə əsəb dərmanları istifadə edərək yaşamağa çalışır.
Qeyd edək ki, Həmid və Fərzanə Qarahəsənli cütlüyü İranda 2022-ci il xalq etirazlarında çolla rejimin ETTELAAT hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra radikal və yarıhərbi “Bəsic” üzvünün öldürülməsinə görə saxta ittihamla həbs ediliblər.