Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı etirazçı Səhənd Nurməhəmmədzadə ikinci dəfə gözündən əməliyyat olunub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ümumi etirazlar zamanı həbs olunan Səhənd Nurməhəmmədzadə ikinci dəfə gözündən əməliyyat olunub. Həbsxanada ona edilən təzyiqlər gözünün vəziyyətinin kəskinləşməsinə səbəb olub.

Nurməhəmmədzadənin göz qişasının içərisində ləkə yaranıb. O, əvvəllər lazer əməliyyatı keçirib, lakin problem həll olunmayıb və iyulun 1-də yenidən gözündən əməliyyat olunub.

Azərbaycanlı etirazçı bu il martın 12-də müalicə olunmaq üçün 9 milyard tümənlik girovla müəyyən müddətə həbsdən azad edilib.

Qeyd edək ki, Səhənd Nurməhəmmədzadə 2022-ci il oktyabrın 4-də Tehran şəhərində həbs edilib və dekabrın 3-də barəsində edam hökmü çıxarılıb.

26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılıb.

O, barəsində çıxarılan qərardan şikayət etdikdən sonra ölüm hökmü 6 il azadlıqdan məhrumetmə və 10 il sürgün cəzasına dəyişdirilib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …