Cümə , Oktyabr 16 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə Təbrizdə aksiya keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə Təbrizdə aksiya keçirilib.

Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı Təbrizin Çaykənar bölgəsində yer üstü keçidin üzərində plakat asaraq, molla rejiminin muzdluları tərəfindən son günlər milli fəalların həbs edilməsinə etirazlarını bildirib və həbs olunanların tezliklə azadlığa buraxılmasını tələb ediblər.

Fəalların keçiddən asdıqları plakatda son həbs edilən milli fəalların adları və aşağıdakı milli şüarlar yazılıb:

“Azadlıq, Ədalət, Milli Hökumət” və “İnsanlara azadlıq, millətlərə istiqlal”.

Həmçinin yoxlayın

Siyamək Mirzəi 105 günlük həbsdən sonra Xiyavda azərbaycanlı fəalları evində qəbul edib

GADTB: Bir qrup azərbaycanlı fəal oktyabrın 15-i, cümə axşamı 10 milyard tümən girov müqabilində Ərdəbil …

Tanınmış azərbaycanlı fəal Abbas Lisaniyin xəstəxanaya göndərilməsinə maneə yaradılır

GADTB: Tehranın Evin həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Abbas Lisani həbsinin on ikinci ayına daxil …