Cümə axşamı , Oktyabr 15 2026
azfa

Azərbaycan Ordusunun azad etdiyi Ağdərə və Xocalıda “Azercell” fəaliyyətə başladı

GADTB: Ordumuzun ardınca bütün cəbhə boyu irəliləyərək, işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran Azercell Telekom MMC Ağdərə və Xocalıda baza stansiyalarını işə saldı.

“Azercell” komandası qürur hissi ilə bildirir ki, indi Ağdərə və Xocalıda da “Azercell” şəbəkəsi fəaliyyət göstərir.

Xatırladaq ki, Azercell-in bu ərazilərdə quraşdırdığı radio baza stansiyaları LTE texnologiyasına aiddir. Məlumat üçün bildirək ki, hazırda Qarabağda Azercell-in 100-dən çox baza stansiyası fəaliyyət göstərərək Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Təkcə Laçın rayonunda mobil operator 15-dən çox baza stansiyası quraşdıraraq artıq rayonun Zabux, Sus və digər kəndlərində də mobil rabitə xidmətləri göstərir.

“Azercell”in əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …