Şənbə , İyun 22 2024
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı həkim xanım aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Məşhədin Vəkilabad zindanında həbsdə saxlanılan və kütləvi etirazların məhbuslarından olan Fərzanə Qarahəsənli iyunun 9-dan aclıq aksiyası keçirir.

Azərbaycanlı xanım Fərzanə Qarahəsənli tibbi xidmətlərdən məhrum edilməsi və həkim müayinəsinin olmamasına etiraz olaraq aclıq aksiyasına başlayıb. Bildirilib ki, onun bədəninin sol tərəfi tamamilə uyuşub və yalnız ağrıkəsicilərdən istifadə edə bilir. Xanım məhbusun vəziyyətinin acınacaqlı olmasına rəğmən, ona yalnız ağrıkəsici dərmanlar verilir, məhbusun həyatı təhlükədədir.

Qeyd edək ki, 2022-ci il noyabrın 4-də 54 yaşlı azərbaycanlı rentgenoloq Həmid Qarahəsənli və həyat yoldaşı 46 yaşlı laboratoriya elmləri üzrə mütəxəssis Fərzanə Qarahəsənli etiraz aksiyalarında öldürülən azərbaycanlı xanım Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqdan bir gün sonra radikal və yarıhərbi Bəsic təşkilatının üzvünün öldürülməsinə görə saxta ittihamlarla həbs ediliblər. Azərbaycanlı həkim Həmid Qarahəsənli sürgündə 15 il, Fərzanə Qarahəsənli isə sürgündə 5 il həbs cəzasına məhkum olunublar.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …