Bazar , Sentyabr 20 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal barədə məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin iyunun 2-də Tehran əyalətinin Baharistan şəhərində həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) ittihamı və harada saxlanıldığı barədə məlumat almaq mümkün olmur.

Azərbaycanlı fəalın yaxınlarının onunla bağlı aidiyyəti dövlət qurumlarına müraciətləri cavabsız qalıb.

Bu isə Məhəmməd Hadi Şərifinəsəbin ailə üzvlərinin onun həyatı barədə narahatlıqlarının artmasına səbəb olub.

Qeyd edək ki, molla rejimin məmurları Güney Azərbaycanın Sərəskənd şəhərindən olan və Tehranın Baharistan şəhərində yaşayan teatr aktyoru və radio aparıcısı Məhəmməd Hadi Şərifinəsəbin (Sərəskənd oğlu) evinə basqın edib onu həbs etmişdilər.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …