Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Mirəkbər Hüseynini SEPAH-ın Kəşfiyyat İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi dünən Mirəkbər Hüseynini etirazlar zamanı hökumət qüvvələri tərəfindən öldürülən təbrizli gənc qız Aylar Həqqinin məzarını ziyarət etdiyinə görə SEPAH-ın Kəşfiyyat İdarəsinə çağırıb.

Molla rejimin məmurları ondan həmin idarəyə muraciət etməsini tələb etmişlər.

Qeyd edək ki, azərbaycanlı gənc qız Aylar Həqqi 2022-ci il noyabrın 16-da Təbriz əhalisinin İranın müstəmləkə və avtoritar rejiminə etirazları zamanı, molla rejimin məmurları tərəfindən başından birbaşa güllələnərək qətlə yetirilmişdi.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …