Çərşənbə , Avqust 19 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı xanım fəal “Fatimə Atəşi”dən heç bir məlumat verilmir

GADTB: Xiyav (Məshkinşəhr), şəhərindən olan azərbaycanlı qadın hüquq müdafiəçisi Fatimə Atəşi Xiyavı hazırda iki illik həbs cəzasını Tehranın Evin həbsxanasında keçirir.

Aylarla davam edən tam media sükutu fonunda Atəşi ən elementar hüquqlarından belə məhrum edilib. O, bu müddət ərzində məzuniyyət, şərti azadlıq və hətta tibbi müalicə imkanı olmadan saxlanılır və onun durumuna dair heç bir şəffaf məlumat ictimaiyyətə verilmir.

Fatimə Atəşi 5 esfənd 1403-də Evin Prokurorluğuna çağırıldıqdan sonra həbs edilib və cəzasını çəkmək üçün Evin həbsxanasının qadınlar bölməsinə köçürülüb.

Onun barəsində çıxarılan hökm apellyasiya mərhələsində 5 il həbs olaraq dəyişdirilib ki, bunun da 2 ili icra olunandır.

45 yaşlı bu fəal bundan əvvəl ilkin instansiyada Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Salavati tərəfindən “toplaşma və əlbirlik” və “sistem əleyhinə təbliğat fəaliyyəti” ittihamları ilə ümumilikdə 6 il həbsə məhkum edilmişdi.

Fatimə Atəşi 1402-ci ilin bəhmən ayında da heç bir məhkəmə sənədi təqdim olunmadan Xiyavda saxlanılaraq Evin həbsxanasının 209-cu təcridxanasına aparılmışdı. Ailəsi həmin həbsi qeyri-qanuni və təhlükəsizlik təzyiqləri ilə müşayiət olunan bir proses kimi qiymətləndirib.

Həmçinin yoxlayın

NATO-dan İranın Bolqarıstan və Kipri hədəfə alma ehtimalına reaksiya

GADTB: İran hökumətinin ABŞ-la qarşıdurmanın daha da kəskinləşəcəyi təqdirdə Bolqarıstan və Kiprdəki hədəflərə zərbə endirmək …

Rusiya müharibə zamanı İrana silah yardımı edib

GADTB: Rusiya müharibə zamanı ciddi şəkildə tükənmiş silah ehtiyatlarını doldurmaq üçün İran hökumətinə dronlar, raketlər …