Molla rejimin həbs etdiyi Fərid Səfərlinin anası oğlunun vəziyyəti ilə bağlı mətbuata müsahibə verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Fərid Səfərlinin anası oğlunun vəziyyəti ilə bağlı Azərbaycan mətbuatına müsahibə verib.

Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib ki, Fərid bayramda zəng etmişdi. Yeni ilimi təbrik etdi. Dedim ki, mənim bayramım sən gələndə olacaq. Xahiş etdi ki, bacısının xətri üçün bayramı keçirdim.

D.Əsgərova bildirib ki, Fərid onunla türmədə görüşmək istəmir:

“İrana gedib, oğlumla görüşmək üçün SEPAH-dan icazə almaq lazımdır. Oğlum bunu istəmir. Vəziyyətinin yaxşı olduğunu deyir”.

Onun sözlərinə görə, oğlu istədiyi kitabla təmin edilmir:

“Yalnız fars dilində kitablar oxumaga icazə verirlər. Onları da yaxsı başa düşmür. İngilis, alman dilində kitablara isə qadağa qoyublar”.

Qeyd edək ki, F.Səfərli ötən il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb.

İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib.

Həmçinin yoxlayın

Molla rejimi adi şəxslərin əmlakını müsadirə etməyə davam edir

GADTB: İranda Tehran Prokurorluğu tərəfindən 250 nəfərin əmlakı müsadirə olunub. Bu barədə İRNA agentliyi məlumat …

Tramp: İranın cavabının qəbul edilməyəcəyini və raket potensialının məhv ediləcəyini bildirdi

GADTB: ABŞ prezidenti Donald Tramp İranın münaqişəyə son qoymaq üçün təqdim etdiyi cavabın Vaşinqton tərəfindən …