Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi milli fəallardan heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi milli fəallardan Yürüş Mehrəlibəyli, Milad Cəlili və s. fəallardan heç bir məlumat verilmir.

2023-cü il noyabrın 7-də həbs edilən və Təbrizdə rejimin ETTELAAT  İdarəsinin təcridxanasında saxlanılan Güney Azərbaycan Milli Hərəkatının fəalı Yürüş Mehrəlibəyli ailəsi ilə görüşdən məhrum edilib.  Bu da fəalın ailəsinin və yaxınlarının ciddi narahatlığına səbəb olub.

Eyni zamanda noyabrın 28-də molla rejimin məmurlarının yaxaladığı azərbaycanlı reper Milad Cəlili (Elşən) və dekabrın 30-da Xiyavda yaxalanan və Ərdəbildə rejimin ETTELAAT İdarəsinə köçürülən tanınmış azərbaycanlı milli fəal İbrahim Rəşidinin də vəziyyətindən heç bir məlumat verilmir.

Adları çəkilən azərbaycanlı fəalların qeyri-müəyyən vəziyyətdə həbs müddəti hələ də davam edir.

Həmçinin yoxlayın

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …

Bölgədə neft ixracı bərpa olunur, iranın dəniz yolu ilə xam neft ixracı isə sıfır səviyyəsində qalır

GADTB: TankerTrackers-in qiymətləndirməsinə görə, oktyabrın əvvəlindən etibarən İran, İraq, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb …