Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimin həbs etdiyi Fəridin anası Azərbaycanın xarici işlər nazirə müraciət edib

GADTB-nin Mətbuat Mərkəzinin “Güney Azərbaycan” kanalına istinadən yaydığı məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Fərid Səfərlinin anası Azərbaycanın xarici işlər nazirə müraciət edib.

Müraciətdə deyilir: “Hörmətli nazir, cənab Ceyhun Bayramov. 4 aydan yuxarıdır oğlum Fərid İranda günahsız yerə saxlanılır: məhkəmədə fars dilində dindirilir və sair. Bu günə kimi Fərid nə Azərbaycan tərəfdən, nə də İran tərəfdən vəkillə təmin olunub.Hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz: Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə (son danışığımızda Fərid mənə sual verdi ki, niyə Azərbaycan tərəfdən məhkəmə ilə heç kim maraqlanmır?) və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy gostərəsiniz. Mən inanıram ki, siz mənim çağırışıma biganə qalmayacaqsınız”.

Həmçinin yoxlayın

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …

ABŞ-ın İsraildəki səfiri: İranda növbəti üsyanın şahidi olacağıq

GADTB: ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi bildirib ki, onun fikrincə, “İranda növbəti üsyanın şahidi olacağıq” …