Çərşənbə , Aprel 16 2025
azfa

Molla rejimin həbs etdiyi Mürtəza Pərvinin Ərdəbildə rəsmlərinin ev sərgisi keçirilib

GADTB: irqçi fars-molla rejimin həbs etdiyi Mürtəza Pərvinin Ərdəbildə rəsmlərinin ev sərgisi keçirilib.

Aprelin 11-i cümə günü Azərbaycanın müxtəlif şəhərlərindən olan bir sıra rəssam və fəalların iştirakı ilə Evin həbsxanasında həbsdə olan Mürtəza Pərvinin şəxsi emalatxanasında iki günlük rəsm sərgisi keçirilib.

Azərbaycanlı məhbus sənətçubub “Qızıl Dizayn” sənət emalatxanasında bir qrup Ərdəbilli rəssam, şair və yazıçının Pərvinə dəstək məqsədi ilə təşkil etdiyi Mürtəza Pərvinin əsərlərindən ibarət rəsm sərgisi azərbaycanlı rəssamlar və fəallar tərəfindən maraqla qarşılanıb.

Bu sərgidə Murtəza Pərvinib əsasən ekspressionist və abstrakt üslubda olan, bəzilərini həbsxanada, bəzilərini isə həbsindən bir neçə gün əvvəl çəkdiyi 40-dan çox rəsm əsəri nümayiş etdirilir.

Bundan öncə, 2024-cü il noyabrın 1-də də Mürtəza Pərvinin sənət emalatxanasında rəsm sərgisi keçirilmişdi.

Qeyd edək ki, Murtəza Pərvin 12 oktyabr 2024-cü ildə Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs və ictimai cəzalara məhkum edilib.

Azərbaycanlı fəal “Daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 ilədək azadlıqdan məhrum etmə və aşağıdakı ittihamlarla:

Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbulqasim Salavati tərəfindən “İran İslam Respublikası əleyhinə təbliğat” hökmü bir il həbs və iki il ictimai hüquqlardan və partiya və qruplara üzvlükdən məhrum edilib.

Molla rejimin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi, Murtəza Pərvinə verilən 6 il həbs cəzasını və sosial sanksiyaları təsdiqləyib.

https://t.me/GADTB1/41615

Həmçinin yoxlayın

Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib

GADTB: Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib. Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Güney Azərbaycanın …

TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib

GADTB: Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib. İclasda …