Şənbə , Oktyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi Rza Təbrizinin vəziyyəti ilə bağlı hələ də məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi Rza Təbrizinin vəziyyəti ilə bağlı hələ də məlumat verilmir.

Azərbaycanlı türk repçi Rza Təbrizinin həbsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, onun vəziyyəti ilə bağlı hələ də məlumat verilmir.

Azərbaycanlı sənətçi Rza Təbrizi təxminən bir həftə əvvəl Təbrizdə molla rejimin qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb. Həbsindən sonra həbsinin səbəbi, harada olması və səhhəti ilə bağlı heç bir məlumat verilmir.

Sənətçinin ailəsi və yaxınları dəfələrlə əlaqədar qurumlarla əlaqə saxlayaraq Rza Təbrizinin taleyindən xəbər tutmağa çalışsalar da, indiyədək bu cəhdlər nəticəsiz qalıb.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …