Cümə , Sentyabr 18 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəal zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars molla rejimin həbs etdiyi azərbaycanlı fəal zaminə buraxılıb.

Dünən azərbaycanlı milli fəal Vəhid Əbhəri məhkəmə prosesinin sonuna qədər 200 milyon tümən girov qarşılığında Təbrizin mərkəzi zindanından müvəqqəti olaraq azad edilib.

Qeyd edək ki, gənc fəal noyabrın 25-də səhər saat 07:30 radələrində atasının evində təhlükəsizlik idarəsinin (ETTELAAT) 7 əməkdaşı tərəfindən döyüldükdən sonra saxlanılıb.

Həmçinin yoxlayın

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …

Tramp: İran İslam Respublikası süqut vəziyyətindədir

GADTB: ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam keçirdiyi mətbuat söhbətində bildirib ki, onun fikrincə, …