Cümə axşamı , Aprel 30 2026
azfa

Molla rejimin məmurları azərbaycanlı fəal Araz İbrahimnejad və Əli Babainin evi və iş yerinə basqın ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars-molla rejimin ETTELAAT qüvvələri azərbaycanlı milli fəal Araz İbrahimnejadın və Əli Babainin evi və iş yerinə basqın ediblər.

Rejimin ETTELAAT qüvvələri milli fəalın evinə hücum çəkərək, onun həyat yoldaşı və uşaqlarına qarşı zorakılıq və təzyiq göstərib, evdə axtarış aparıb və fəalın şəxsi əşyalarını, o cümlədən mobil telefonunu, kompüterini və kitablarını müsadirə ediblər.

Təbrizdə həbs edilən fəalların yaxınlarının verdiyi bilgilərə görə, Təhlükəsizlik qüvvələri bu fəalların ailə üzvlərini həbs etməklə hədələmək, həbs edilmiş fəalların və onların ailə üzvlərinin şəxsi əşyalarını, o cümlədən SİM kartları, mobil telefonları, bank kartları və digər bir neçə kitabını müsadirə ediblər.

Daha sonra rejimin ETTELAAT qüvvələri Araz İbrahimnejad və Əli Babainin həyat yoldaşlarından zorla bir kağızı imzalamağı istəyiblər. Ancaq onların imzalamaqdan imtina etməsindən sonra hər ikisindən rejimin ETTELAAT İdarəsinə getmələrini istəyiblər.

Qeyd edək ki, Əli Babai və Araz İbrahimnəjad 13 sentyabr 2023-də rejimin qüvvələri tərəfindən saxlanılaraq naməlum yerə aparılmışlar.

Həmçinin yoxlayın

Qrossi: Yüksək zənginləşdirilmiş uranın əsas hissəsi İsfahan nüvə kompleksində saxlanılır

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, İranın yüksək zənginləşdirilmiş uran …

Güney Azərbaycanın tanınmış hüquqşünası və jurnalisti İsa Nəzəri vəfat edib

GADTB: Güney Azərbaycanın tanınmış hüquqşünası, jurnalisti və “Nəvid Azərbaycan” həftəlik jurnalının baş redaktoru İsa Nəzəri …