Cümə , Oktyabr 16 2026
azfa

Urmiya gölünün quruduması nəticəsində insani fəlakət yaşanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün qurdulması nəticəsində artıq bölgədə insani fəlakətin yaşandığı müşahidə edilir.

Səhiyyə mütəxəssisləri, ekoloqlar və Güney Azərbaycan Milli Hərəkatı fəallarının son illər Urmiya gölünün qurudulması nəticəsində ekoloji fəlakətin baş verməsi ilə bağlı xəbərdarlığına rəğmən, İran hökuməti nəinki Urmiya gölünü dirçəltmək və fəlakətin qarşısını almaq üçün heç bir tədbir görmədi həm də günü-gündən bu ekoloji fəlakətə etiraz edən milli fəallar repressiv hökumətin qurbanına çevrildi.

Bir neçə gün öncə tanınmış azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradi İnstagramda “Urmiya gölü ətrafında insan fəlakəti” başlıqlı yazı paylaşaraq, tənəffüs və həzm orqanları xəstəliklərinin fəsadlarına toxunub.

O, gölün ətraf kəndlərinin sakinləri və bir neçə nəfərin ölümü ilə nəticələnən fəlakətə toxunaraq medianın buna susmasını tənqid edib.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …