
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurlarının bir neçə gün öncə qətlə yetirdiyi qaşqay gənc İsa Roşəndil Doğanlının dəfn mərasimində rejimə qarşı şüarlar səsləndirilib.
İsa Roşəndilin dəfn mərasiminə toplaşan qaşqay türkləri başda Xameneyi olmaqla molla rejimi əleyhinə şüarlar səsləndiriblər.
“Qaşqaylar ölər, alçalmağı qəbul etməz” şüarları səsləndirən qaşqaylar Tehran rejiminin qaşqay türklərinə qarşı təzyiqləri qarşısında təslim olmayacaqlarını bildiriblər.
Qeyd edək ki, İsa Roşəndil Doğanlı martın 18-də yurd yerlərinin sökülməsinə etiraz etdiyi üçün rejimin terrorçu Sepah məmurları tərəfindən güllələnmişdi.