Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin Süngün mədənini talaması nəticəsində İlqana çayında ekoloji fəlakət baş verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Qaradağda Süngün Mis Mədənini talayıb aparması nəticəsində İlqana çayında ekoloji fəlakət baş verib.

Qaradağ bölgəsində yerləşən Süngün Mis Yatağı Zavodundan kimyəvi və xərçəngtörədici çirkablar İlqana çayına axıdılır. Zavodun standartlara uyğun olmayan fəaliyyəti nəticəsində yaranmış kimyəvi çirkabın çaya buraxılması ilə su yenidən firuzəyi rəng alıb. Bu ekoloji fəlakət isə həm əraziyə, həm bitgilərə, həm də canlılara böyük xəsarət yetirir.

Yaranan ekoloji fəlakət səbəbindən ətraf mühit fəalları dəfələrlə etirazlarını bildiriblər. Lakin İran hökuməti bu etirazlara məhəl qoymur.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …