Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimi azərbaycanlı hüquqşünası məhkəməyə çağırıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Almaniyada yaşayan Güney Azərbaycandan olan tanınmış vəkil Sina Yusifi mühakimə olunmaq üçün məhkəməyə çağırıb.

Azərbaycanlı hüquqşünas Sina Yusifi özü bu barədə “X” hesabında məlumat paylaşıb.

Paylaşımda yazılıb: “Dünən mən Şiraz İnqilab Məhkəməsinin altıncı şöbəsinin hakimi tərəfindən imzalanmış bildiriş aldım. Noyabrın 18-də məni “hakimiyyət əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edəcəklər. Ədalətli mühakiməni gözləmək, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarına hörmət etmək, vəkil tutmaq ölkənin məhkəmə sistemində hökumət əleyhinə təbliğat sayılır?”

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …