Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimin Təbrizdə həbs etdiyi azərbaycanlı fəalların son vəziyyəti açıqlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə son bir həftədə həbs edilən bütün fəallar Təbriz SEPAH Kəşfiyyat Təşkilatı tərəfindən həbs ediliblər və onlar Hafiz küçəsində yerləşən Sepahın Kəşfiyyat Təcridxanasında 114 kimi tanınan binada həbsdə saxlanılırlar. Azərbaycanlı fəallar bir həftə öncə yaxalanıblar.

Həmçinin xəbərə görə, Təbriz Baş İnqilab Prokurorluğunun 15-ci şöbəsinin müstəntiqi Seyid Əli Musəvi Əqdəm bazar günü səhər saat 10:00 radələrində Araz Əmaniyə qarşı ittihamları izah etmək üçün İran İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təcridxanasına gələrək, şənbə günü həbs olunan, cümə günü digər məhbuslara ittiham irəli sürülüb və onların müvəqqəti həbs qərarı verilib.

Qeyd edək ki, son bir neçə gündə və Xordad qiyamının ildönümü ilə eyni vaxtda azərbaycanlı milli-mədəni fəallar Davud Şiri, Həmzə Vəlizadə, Cavad Əhmədzadə Kiqal, Əlirza Səbri Qazan, Ruhullah Əhmədinejad, Hüseyn Əmani Nadarlı, Məhəmməd Rza (Araz) Əmani yaxalanıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …