Şənbə , Oktyabr 17 2026
azfa

İran və Ermənistan birgə Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəliblər

GADTB: İranın Azad Ticarət Zonaları Ali Şurasının maliyyə institutlarının üzrə koordinatoru Zohre Bəhrebər bu gün səhər birgə azad iqtisadi zonalarla bağlı xüsusi iclasda deyib: “İran və hədəf ölkələr arasında birgə azad ticarət zonalarının yaradılması Azad İqtisadi Zonaları Ali Şurasının Katibliyinin gündəliyindədir, biz bu məsələnin reallaşmasının vacibliyini vurğulamışıq və onların formalaşması yönündə səylərimizi davam etdiririk”.

O, Araz və Mehri Azad Ticarət Zonasının yaradılmasına çalışdıqlarını bildirib: “Bu məsələnin reallaşması üçün İran prezidentinin müşaviri və Azad İqtisadi Zonaların Ali Şurasının katibi Ermənistanın Tehrandakı səfiri Arsen Avaqyanla görüşüb, danışıqlar aparıb”.

 “Mərkəzi Asiya ölkələrinin bir çoxu Şərq-Qərb dəhlizinin yaradılması üzərində çalışır və Araz Azad Ticarət Zonası sözügedən dəhlizin üzərində yerləşdiyinə görə mühüm rol oynaya bilər”,- Bəhrevər deyib./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …