Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Molla rejimin təbrizdə həbs etdiyi tələbə Səhənd Abbasniyanın vəziyyəti barədə məlumat yoxdur

GADTB: Təbriz İslam İncəsənətləri Universitetinin memarlıq ixtisası üzrə tələbəsi Səhənd Abbasniya 2 bəhmən tarixində Marağa şəhərində ailəsinə məxsus evdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Məlumatlara görə, saxlanılma zamanı onun şəxsi mobil telefonu və bəzi şəxsi əşyaları da müsadirə edilib. Bu hadisə ondan sonra baş verib ki, Səhənd Abbasniya daha əvvəl — 19 dey tarixində Təbriz şəhərində müvəqqəti olaraq saxlanılmış, bir gecə nəzarətdə saxlandıqdan sonra azadlığa buraxılmışdı.

Qeyd olunur ki, hazırda bu tələbənin saxlanıldığı yer və hüquqi vəziyyəti barədə heç bir rəsmi məlumat yoxdur və o, hələ də həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Həbsdə olan azərbaycanlı həkim Həmid Qərəhəsənlinin səhhəti ilə bağlı narahatlıq davam edir

GADTB: Bir qrup həkim və tibb işçisi İran İslam Respublikasının məhkəmə hakimiyyətinə məktub göndərərək həbsdə …

WSJ: “İran nüvə obyektlərini möhkəmləndirir”

GADTB: “The Wall Street Journal” (WSJ) qəzeti yazıb ki, İran mümkün yeni hərbi qarşıdurmaya hazırlaşır, …