Cümə , İyul 17 2026
azfa

Türkiyə İranla əlaqəli casus şəbəkəsini zərərsizləşdirib

GADTB: Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) bu ölkənin polisi ilə birgə, aylarla davam edən intensiv araşdırmalardan sonra İrana bağlı casus şəbəkəsini müəyyən edərək zərərsizləşdirib.

Əməliyyat çərçivəsində 6 şübhəli şəxs saxlanılıb.

Türkiyə rəsmilərinin açıqlamasına görə, sözügedən şəbəkəyə İranın iki kəşfiyyat əməkdaşı — Nəcəf Rüstəmi (ləqəbi “Hacı”) və Mehdi Yekkedəhqan (ləqəbi “Doktor”) rəhbərlik edib.

Məlumata əsasən, bu casus şəbəkəsinin üzvləri Adanada yerləşən İncirlik Hərbi Hava Bazası barədə foto və video materiallar toplamaqla məşğul olublar. Qeyd olunur ki, İncirlik bazası NATO üçün və ABŞ–Türkiyə hərbi əməkdaşlığı baxımından strateji əhəmiyyət daşıyır.

 Türkiyənin təhlükəsizlik qurumları vurğulayıb ki, əməliyyatın vaxtında həyata keçirilməsi milli təhlükəsizliyə və müttəfiqlərin maraqlarına qarşı mümkün düşmən fəaliyyətlərin qarşısının alınmasına imkan verib.

Həmçinin yoxlayın

Tanker Trackers: ABŞ İran İslam Respublikasına məxsus mazutla yüklənmiş neft tankerini saxlayıb

GADTB: SENTKOMun Oman körfəzində M/T “Ven Yao” neft tankerinin saxlanılması və yoxlanılması ilə bağlı məlumatından …

SENTKOM: ABŞ altıncı gecə ardıcıl olaraq İran İslam Respublikası rejiminin onlarla hərbi mövqeyinə zərbələr endirib

GADTB: ABŞ-ın Mərkəzi Komandanlığı (SENTKOM) bildirib ki, ölkənin döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi …