Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin təzyiq və fırıldaqlarına baxmayaraq seçici fəallığı görünməmiş səviyyədə aşağə olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin təzyiq və fırıldaqlarına baxmayaraq seçici fəallığı görünməmiş səviyyədə aşağə olub.

Tehranda seçici fəallığının cəmi 20 faiz ölkə üzrə isə təxminən 30 faiz civarında olduğu bildirilir.

Səsvermə hüququ olan 61 milyon İran vətəndaşından cəmi 25 milyonu seçkiyə gedib.

Qeyd edək ki, ötən gün baş tutan parlament və Ekspertlər Məclisinə seçkilərdə səsvermə müddəti 18:00-dan gecə yarısına qədər – 6 saat uzadılsa da, seçici aktivliyini artırmaq mümkün olmayıb.

İranda seçkiləri boykot etmək üçün çoxsaylı müraciətlər yayılmışdı. Hakimiyyət isə seçici fəallığı ilə “düşmənlərə” cavab veriləcəyini bildirirdi.

Azərbaycanlı milli fəallar da yalnız bir neçə şəhərdə başqa etnik qrupun nümayəndəsinin deputat olmasının qarşısını almaq üçün seçkilərə gedilməsi, digər ərazilərdə isə tam boykot olunmasını istəmişdilər.

Həmçinin yoxlayın

Urmiya gölü ilə bağlı “Gölün uşaqları” filmi İstanbulda nümayiş olunacaq

GADTB Azərbaycanlı rejissor Məhəmməd Əlimuradinin “Gölün uşaqları” filmi İstanbulda keçiriləcək 20-ci Memarlıq Filmləri Festivalında nümayiş …

ABŞ ordusu İrana qarşı “Bütün bombaların anası”ndan istifadəni nəzərdən keçirir

GADTB: CNN telekanalı ABŞ rəsmilərinə istinadən xəbər verir ki, ABŞ ordusu İrana qarşı gələcək mümkün …