Cümə axşamı , Oktyabr 15 2026
azfa

Türkiyə jurnalı: “İranda yaşayan 40 milyon türkün müstəqil olması İranın ən böyük qorxusudur”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin müdafiə sahəsində nəşr olunan jurnalı yazıb ki, İranda yaşayan 40 milyon türkün müstəqil olması İranın ən böyük qorxusudur.

“Siyah Sancak” adlı “X” hesabı Türkiyənin “Milli Müdafiə” jurnalının yeni hesabatına istinadən yazıb:

“Milli Müdafiə jurnalının yeni hesabatında açıqlama verən yüksək səviyyəli diplomatın sözləri: İranın ən böyük qorxusu Amerika və ya İsrail deyil. İranın şimalında yaşayan və əhalisinin sayı 40 milyon nəfərə çatan türklərdir. Bu il İsrail Livana hücum edərsə, bilin ki, yolun sonunda Güney Azərbaycan qurulacaq”.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …