GADTB: İrqçi fars-molla rejimin Tehranda həbsdə saxladığı azərbaycanlı alim Əhmədrza Calalinin həyatı təhlükədədir.
Tehranın Evin zindanında həbsdə saxlanılan İsveç vətəndaşı azərbaycanlı alim professor Əhmədrza Calali İsveç hökumətinə ünvanladığı mesajda həyatına laqeydliyə görə rəsmi Stokholmu tənqid edib.
Azərbaycanlı alimin həyat yoldaşı Vida Mehranniya bu barədə məlumat yayıb.
Azərbaycanlı alim İsveç dövlətinə mesajında deyib: “Edam təhlükəsi ilə üz-üzə qaldığım dəhşətli şəraitə, sağlamlığımda ağır problemlərin yaranmasına baxmayaraq, mənim taleimə laqeyd yanaşırsınız və görünür ki, ikili vətəndaş olduğuma görə sizin üçün ikinci dərəcəli vətəndaş hesab edilirəm”.
Cəlali 7 ay əvvəl İran rəsmilərinin onun edam ediləcəyi barədə yenidən açıqlamalarını xatırladaraq bildrib ki, ağır şəraitdə olduğuna görə, edam edilmədən öncə də həyatını itirə bilər.
Calali həmçinin deyib: “Elə görünür ki, mənim həyatımın İsveç hökuməti üçün əhəmiyyəti yoxdur və bu onlar üçün önəmli deyil”.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.
2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
Calali barəsində irəli sürülən casusluq ittihamını rədd edib, ondan saxta etiraf almaq üçün işgəncələrə məruz qaldığını bildirib.
Qeyd olunub ki, azərbaycanlı alim Əhmədrza Cəlali 2016-cı ilin may ayında Tehran Universitetinin dəvəti ilə İrana səfəri zamanı təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq “İsrailin xeyrinə casusluq etməklə hakimiyyətə qarşı üsyan (müharibə)” də ittiham edilib. O, 2017-ci ildə İran Ali Məhkəməsi tərəfindən edam cəzasına məhkum edilib.