
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Urmiyada həbs etdiyi azərbaycanlı milli fəallardan 6 nəfəri zaminə buraxılıb.
Molla rejimi çərləyərək həbs etdiyi Əmir İbrahimlu, Əli Vəlizadə, Süheyl Deyri, Milad Muxtari, Hüseyn Əlizadə və Tahir Qeybini “Separatçılıq” və “Nifrət yaratmaq”də ittiham edib.
Azərbaycanlı fəallara qarşı “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və sövdələşmə” ittihamı irəli sürülüb.
Azərbaycanlı fəallar vəsiqə qarşılığında zaminə buraxılıblar.
Əmir İbrahimli, Əli Vəlizadə, Suheil Deyri, Milad Muxtari, Hüseyn Əlizadə və Tahir Qeybi, 25 mart 2025-ci il, çərşənbə axşamı günü girov vərəqi verildikdən sonra Urmu Mərkəzi Həbsxanasından azad edilib.