Cümə axşamı , Noyabr 12 2026
azfa

Molla rejiminin Ərdəbildə Rəisiyə ucaltdığı heykəl aşdı

GADTB: İranın sabiq prezidenti Rəisiyə aid heykəl, helikopter qəzasında həlak olmasından sonra Ərdəbil şəhərində quraşdırılmışdı, güclü külək nəticəsində yalnız bir neçə gün sonra aşırıb.

Rəisi heykəlinin quraşdırılması Ərdəbil vilayətinin mədəni və sosial fəalları tərəfindən tənqid olunmuşdu. Tənqidçilər hesab edirlər ki, belə yanaşmalar bölgənin, xüsusilə Ərdəbilin, türk-azərbaycanlı mədəniyyət və tarixi şəxsiyyətlərinə diqqətsizliyi artırır və regional kimliyi arxa planda qoyur. Onlar vurğulayırlar ki, Azərbaycan və Ərdəbil vilayəti ədəbiyyat, incəsənət və tarix sahəsində görkəmli simalara sahibdir və bu şəxslərin şəhər mühitində tanıdılması və təbliği vacibdir.

Şəhər sakinlərinin çoxu bildirir ki, Ərdəbilin bələdiyyəsi sosial həssaslıqları nəzərə alaraq, Azərbaycan kimliyi və mədəniyyətinə uyğun balanslı qərarlar qəbul etməlidir.

Aşan heykəl:

https://t.me/GADTB1/47570

Həmçinin yoxlayın

Traxtur klubunun İdarə Heyətinin sözçüsü klubun və azarkeşlərin hüquqlarını müdafiə etdiyinə görə 2 milyard tümən cərimələnib!

GADTB: Azərbaycanın Traxtur klubunun İdarə Heyətinin sözçüsü Məhəmməd Həsənnejad klubun və Traxtur azarkeşlərinin hüquqlarını müdafiə …

Akkuyu AES-in ilk enerji blokunun fiziki işə salınmasına az qalıb

GADTB: “Rosatom”un rəhbəri Aleksey Lixaçov jurnalistlərə açıqlamasında bildirib ki, “Rosatom” dövlət korporasiyası Türkiyədə inşa edilən …