GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən əvvəlki günlər kimi Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Xürrəmdərə, Əbhər, Şəbistər, Xalxal və s. şəhərlərinin məktəblərinə molla rejimin terror hücumu davam edib.
Zəhərli qaz hücumları əksər hallarda qız məktəblərinə edilib. Az hallarda isə oğlan məktəbləri də hücum edilib.
Artıq Güney Azərbaycanın əksər əyalətləri və əksər şəhərlərinə molla rejiminin terrorçu qrupları zəhərli qazlarla terror hücumu edib və çox sayda məktəbli qız zəhərlənib. Artıq komaya düşən və həyatını itirən məktəblilər də var.
Şagirdlərin zəhərlənməsi ilə bağlı xəbərlərin çox olması səbəbindən bu statistikanın sürətlə artacağı ehtimalı var. Həmçinin Azərbaycanın müxtəlif şəhərlərində məktəblilərin zəhərlənməsi ilə bağlı xəbərlər yayılsa da, xəbərin təfərrüatları ilə bağlı məlumat verilmir.