Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəal Əmirhüseyn Ağayinin taleyindən heç bir məlumat verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Əmirhüseyn Ağayinin taleyindən heç bir məlumat verilmir.

Azərbaycan Milli Hərəkatının fəallarından olan Əmirhüseyn Ağayi 28 gündür ki, molla rejimin ETTELAAT qüvvələri tərəfindən Təbrizdəki iş yerindən qaçırılaraq ETTELAAT İdarəsinə aparılmışdır.

Azərbaycanlı milli fəalın valideynlərinin davamlı müraciətlərinə, ailəsinin və dostlarının ciddi narahatlığına baxmayaraq, təhlükəsizlik qüvvələri və məhkəmə onun vəziyyəti və səhhəti ilə bağlı ata-anasına heç bir məlumat verməyib. Bu isə ona fiziki və psixoloji təzyiq və işgəncələr verilməsi ehtimalını artırır.

Əmirhüseyn Ağayi həbs olunduğu 28 gün ərzində adi siyasi məhbusun bütün fərdi hüquqlarından, hətta ailəsi ilə telefonla əlaqə saxlamaq hüququndan da məhrum edilib.

Həmçinin yoxlayın

BMT: “Yanvar etirazlarında öldürülənlərin sayı İranın dediyindən daha çoxdur”

GADTB: BMT-nin faktaraşdırıcı missiyası İran hökumətinin yanvar ayındakı etirazlarda ölənlərin sayı haqqında verdiyi rəsmi statistikanı …

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …