Cümə axşamı , Oktyabr 15 2026
azfa

Molla rejimin həbs etdiyi azərbaycanlı fəalın atasını hədələdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Tehranda həbs edilən azərbaycanlı fəal İbrahim Əvəzzadənin atası Həmid Əvəzzadə oğlu ilə bağlı dövlət orqanlarına müraciət edərkən hədələnib.

Həmid Əvəzzadə oğlunun həbs edilməsindən keçən 11 gün ərzində onun taleyi barədə heç bir məlumat ala bilmədiyi üçün aidiyyəti dövlət orqanlarına müraciət edib.

Həmid Əvəzzadə deyib: “Nə telefon əlaqəsi saxlamağa imkan verilir və nədə onun barəsində dəqiq məlumat verilir”.

Fəalın atası deyib ki, məmurlar bndan əvvəl müraciətinə cavab olaraq oğlunun durumu barədə məlumat verəcəklərini desələr də, bu yerinə yetirilməyib.

Həmid Əvəzzadə deyib: “Məmurlar zəng edeib, qızımın qardaşının döyülməsi və həbs edilməsi barədə paylaşımına görə məni təhdid edirlər. Deyirlər ki, sosial mediada paylaşılan məlumat silinməsə qızında həbs edəcəklər”.

Azərbaycanlı fəalın atası İran hökuməti və məhkəmə sisteminin oğlunun həyatı və talei ilə bağlı məsuliyyət daşıdığını söyləyib.

Qeyd edək ki, azərbaycanlı fəal İbrahim Əvəzzadə oktyabrın 1-i səhər saarlarında Tehranda bacısının evində molla rejimin məmurları tərəfindən həbs edilib.

Həmçinin yoxlayın

Tramp: Bəlkə də İran rəhbərlərini öldürməməliydik, artıq kiminlə danışıqlar aparacağımı bilmirəm

GADTB: ABŞ Prezidenti Donald Tramp yenidən bildirib ki, bəlkə də İran İslam Respublikasının bir sıra …

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycana dəstək bəyanatı yayıb. Bəyanatı olduğu kimi təqdim …