Bazar ertəsi , İyun 15 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı fəal Kazım Səfabəxş azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin günahsız yerə həbs etdiyi Tehran sakini olan azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxş təxminən 17 ay həbsdən sonra Evin zindanından aprelin 15-də azadlığa buraxılıb.

Qeyd edək ki, İran Məhkəmə Sistemi koronavirus infeksiyası ilə bağlı 5 ildən az həbs cəzası olan və həbs müddətinin ən azı üçdə birini çəkən məhbusların sərbəst buraxılması barədə qərar qəbul edib. Azərbaycanlı fəal Kazım Səfabəxşin də həmin qaərar əsasən azadlığa çıxdığı bildirilir.

Azərbaycanlı fəal 2018-ci il noyabrın 25-də Tehranda heç bir günahı olmadan irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdir.

Fəal 2019-cu il iyunun 24-də gözlənilməz şəkildə rejimin Tehrandakı İnqilab Məhkəməsinin 28-ci şöbəsi tərəfindən 13 il həbsə məhkum edilmişdir. Rejim azərbaycanlı fəalı şərləyərək “Qrup yaratmaq və onu idarə etmək”, “İctimaiyyəti təşvişə salmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq”da ittiham etmişdi. Ciddi narazılıqla qarşılanan qərar Apellyasiya məhkəməsi tərəfindən 2 il həbsə endirilmişdi.

Əslən Güney Azərbaycanın Meşginşəhr (Xiyav) şəhərindən olan Kazım Səfabəxş Tehran traxturçularıın lideri hesab edilir və Traxtur komandasının Tehranda keçirdiyi bütün yarışlarda fəal tərəfdar kimi iştirak etmişdir.

Həmçinin yoxlayın

Evin həbsxanasında saxlanılan azərbaycanlı milli-mədəni fəal Səlar Tahir Əfşarın cəzası artırılıb

GADTB: Yayılan məlumatlara görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı siyasi məhbus Salar Tahir Əfsharin hökmü artırılıb. …

ABŞ ilə mümkün razılaşma İran mətbuatını iki cəbhəyə bölüb

GADTB: İran və ABŞ arasında müzakirə olunan mümkün razılaşma ölkə daxilində, xüsusilə də mətbuat orqanları …

Bir cavab yazın