Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Höccət Mirzayinin həyatı təhlükədədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,irqçi fars-molla rejiminin həbs etdiyi azərbaycanlı milli fəal Höccət Mirzayinin həyatı təhlükədədir

22 yaşlı azərbaycanlı gənc fəal Höccət Mirzayi noyabrın 22-də atasının dəfn mərasimindən sonra həbs edilərək naməlum yerə aparılıb.

Bir neçə gün sonra rejimin məmurları onun ailəsinə zəng edərək övladlarının Tehranın Evin zindanının 209-cu bölməsində olduğunu bildiriblər.

Höccət Mirzayinin yaxınlarına onun nədə ittiham olunduğu barədə heç bir açıqlama verilmir.

Molla rejiminin məmurlarının fəalı özünə qarşı yalan etirafa məcbur etmək üçün məcburi etiraf alamaq məqsədilə işgəncə etdikləri bildirilir. Bu isə onun doğmalarının ciddi narahatlığına səbəb olub.

Qeyd edək ki, Höccət Mirzayi Güney Azərbaycanın Qaraçimən bölgəsindəndir.

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …