Bazar , Oktyabr 25 2026
azfa

Molla rejiminin səbəb olduğu ağır şərtlərə görə 5 qaşqay xanım həyatını itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin səbəb olduğu acınacaqlı şəraitə görə 5 qaşqay xanım həyatını itirib.

Çahar-Mahal və Bəxtiyari vilayətinin Bürucin şəhərində işçilərin çatdırılması ilə məşğul olan avtobusda yanğın və partlayış baş verib. 

Nəticədə nəqliyyatda olan 8 qadından 5-i dünyasını dəyişib, 3-ü isə xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir. Sürücü haqda məlumat yoxdur.

Bildirilib ki, sərnişin avtobusunun isitmə sistemi işləməyib. Bu səbəbdən qadınlar hərəkətdə olan maşının içində qaz balonunu yandırıblar. Bir müddət sonra partlayış baş verib. 

Vəfat edənlərin siyahısı:

– Zəhra Çıraği;

– Xatirə Rezai;

– Mitra Bəxşizadə;

– Müqəddəs Mirzəxani;

– Şəhla Fərhadi.

Müalicədə olanlar:

– Zəhra Fərhadi;

– Məryəm Mirzəxani;

– Məryəm Bəxşipur.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …