Bazar , Oktyabr 18 2026
azfa

Molla rejiminin həbs etdiyi zənganlı fəal Məhəmmədvəli Heydərbeygi zindanda aclıq aksiyası keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejiminin həbs etdiyi Zəncandan olan azərbaycanlı müharibə əlili Məhəmmədvəli Heydərbeygi Zəncanda rejimin  zindanında aclıq aksiyası keçirir.

Məhəmmədvəli Heydərbeyginin etiraz aksiyalarında həbs edilərək Zəncanın Səfərabad zindanına köçürülüb.

Noyabr 19- də İran təhlükəsizlik məmurları Məhəmmədvəli Heydərbeyginin Zəncan əyalətinin Əbhər şəhərindəki evinə basqın edərək onu Zəncanda rejimin Səfərabad zindanına aparıblar.

Aclıq aksiyası keçirən Heydərbeyginin vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, İran-İraq müharibəsi iştirakçısı olan Məhəmmədvəli Heydərbeygi iki ayağını itirib və 70% əlildir.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …