Bazar , Oktyabr 18 2026
azfa

Ermənistan rəsmisi anti-Azərbaycan mövqeyinə görə İrana təşəkkür edib

GADTB: “Fars” xəbər agentlinin məlumatına görə, erməni saytlarından biri ölkə hökumətinə istinadən xəbər verir ki, işğalçı Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan İrəvanda İranın bu ölkədəki səfiri Abbas Bədəxşan Zühuri ilə görüşüb.

Bildirlir ki, görüşdə Ermənistana dost ölkə İranla əlaqələrin inkişafının vacibliyini vurğulayan Qriqoryan Azərbaycanın Ermənistana qarşı son “hərbi təcavüzü” ilə bağlı mövqeyinə görə İrana təşəkkür edib”.

Görüşdə habelə ikitərəfli gündəliyin mühüm məsələləri, xüsusilə enerji və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Regional nəqliyyat əlaqələrinin mümkün kəsilməsinin aradan qaldırılması zamanı Ermənistan və İran arasında dəmir yolunun istismara verilməsinin vacibliyi və müvafiq əməkdaşlığın genişləndirilməsi perspektivi xüsusi vurğulanıb. /Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …