Çərşənbə axşamı , May 30 2023
azfa

Molla rejiminin məktəblilərin kütləvi şəkildə zəhərləməsinə düputatlar da reaksiya verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məktəblilərin kütləvi şəkildə zəhərləməsinə düputatlar da reaksiya verməyə məcbur olublar. İran məclisinin ümumi iclasında Xalxal şəhərindən seçilmiş deputat Seyid Qəni Nəzəri kütləvi zəhərləmələrə kəskin reaksiya verib: “Şagirdlərin ardıcıl zəhərlənməsi kütləvi hal alıb və insanlar  qəzəbləniblər”. 

Parlament sədri Məhəmməd Baqer Qalibaf millət vəkilindən büdcə ilə bağlı iradlarını bildirməsini xahiş edib. Qalibafa cavab olaraq Nəzəri deyib:

“Cənab Qalibaf, Xalxal şəhərində məktəblilər zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər,  məndən nə danışmağı gözləyirsiniz? Mənim vəzifəm odur ki, səlahiyyətli orqanlara çatdırım ki, məsələni araşdırsınlar və bunu aidiyyati orqanlardan tələb etsinlər. Səhərdən insanlar mənə zəng vurub məsələ qaldırmağı istəyirlər. Məktəblilər zəhərlənib və mən bunu açıq şəkildə bildiməliyəm”.

Həmçinin martın 6-da İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydəri deyib ki, Məktəblərdə zəhərlənmələr mütəşəkkil şəkildə həyata keçirilir və onun səbəbkarları daxili qüvvələrdir.

Həmçinin yoxlayın

Rəisi 1980-ci illərdə məhbusların edamında birbaşa rol oynayıb

GADTB: Tehranın Evin həbsxanasının keçmiş rəisi  Hüseyn Murtuzai  Zəncani Prezident İbrahim Rəisini Xomeyni dövründə siyasi …

Molla rejimin zindanlarda qadın məhbusları məcburi şəkildə lüt soyundurduğu ifşa edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, çoxsaylı keçmiş qadın məhbusun etirafları ilə molla rejimin …