Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Molla rejiminin məmurları tərəfindən işgəncə edilən azərbaycanlı gənc xanım həyatını itirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin məmurları tərəfindən işgəncə edilən azərbaycanlı gənc xanım Yəlda Ağafəzli həyatını itirib.

Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilən 19 yaşlı azərbaycanlı xanım vəhşicəsinə işgəncə edilib.

Əslən Ərdəbilin Səreyin bölgəsindən olan və Tehranda yaşayan Yəlda Ağafəzli İrədmusa zindandan buraxıldıqdan sonra şübhəli şəkildə həyatını itirib.

Molla rejimi noyabrın 12-də dəfn mərasimi keçirilən azərbaycanlı gəncin ailəsinə təzyiq göstərib və yas mərasiminin məhdud və səssiz keçirilməsini istəyiblər.

Oktyabrın 26-da Tehranda keçirilən etiraz aksiyasında həbs edilərək təhlükəsizlik təcridxanasına, dindirildikdən sonra isə Qərçək zindanına köçürülən Yəlda Ağafəzli oktyabrın 6-da girov qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …