
GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimin yarıtmaz siyasəti nəticəsində Güney Azərbaycanın Qəzvin əyalətinin bir çox bölgələrində çörək qıtlığı yaranıb.
Buna səbəb un çatışmazlığıdır. Bununla bağlı Qəzvin əyalətinin Buin Zəhra və Avuc bölgələrinin İran parlamentindəki nümayəndəsi Ruhullah Abbaspur açıqlama verib.
O, bildirib ki, hökumət çörək sexlərinin un tələbatını ödəyəcəyinə dair vəd versə də, bölgələrdə hakim olan vəziyyət bunun əksini göstərir.
Qeyd edək ki, son həftələr Qəzvinlə yanaşı, Urmiya, Xoy, Təbriz və Ərdəbil şəhərlərində də çörək çatışmazlığı barədə çoxlu məlumatlar yayılıb.