Çərşənbə axşamı , May 19 2026
azfa

Mollalar bir-birinin canına düşüb: Ruhanini hədələyən 5 molla tutulub

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qum dini-ideoloji mərkəzinin 5 mollası irqçi fars rejimin prezidenti Həsən Ruhaniyə qarşı pankart açdığı üçün yaxalanıb. Onlar Həsən Ruhanini ölümlə hədələyiblər.

Həmin mollalar “Ey müzakirə edilən adam, hovuz səni gözləyir!” şüarı yazılan pankart tutublar.

Qeyd edək ki, irqçi və işğalçı fars rejimin keçmiş prezidenti Əliəkbər Haşimi-Rəfsəncani 2017-ci ilin yanvarında hovuzda ölüb. Onun ürək çatışmazlığından öldüyü bildirilmişdi. Ancaq Rəfsəncaninin qızı Faizə Haşimi atasının ölümünün təbii olmadığını və bu məsələdə məlumatsızlığın davam etdiyini söyləmişdi. Sağlığında Ə.Haşimi-Rəfsəncani Qərblə əlaqələri inkişaf etdirməyə can atan siyasilərdən biri kimi tanınırdı. Ona görə də onun ölməsi səbəbinə şübhə qalır. Odur ki, mollaların pankartını hakimiyyətdaxili islahatçılar Həsən Ruhaninin təhdid edilməsi kimi dəyərləndiriblər.

Həmçinin yoxlayın

İranın səbəb olduğu neft fəlakəti Xargdan Küveytədək körfəzdə dəniz canlılarını məhv edir

GADTB: Neft sızmaları və geniş yayılmış çirklənmə artıq İran sularını aşaraq, sosial şəbəkələrdə yayılan görüntülərə …

Ərəb ölkələri Təhlükəsizlik Şurasında Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı yeni qətnamə irəli sürür

GADTB: Körfəz ölkələri son hadisələr fonunda Hörmüz boğazında gəmiçilik azadlığı ilə bağlı qətnamə layihəsini Birləşmiş …

Bir cavab yazın