Cümə axşamı , Sentyabr 10 2026
azfa

Human Rights Watch: Çin uyğur türklərinə qarşı kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası aparır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin müsəlman uyğur türkləri azlığına qarşı “kütləvi, sistematik insan haqları pozuntuları kampaniyası” aparır. Belə bir bəyanatla Human Rights Watch insan haqları təşkilatı çıxış edib.

Nyu Yorkda mənzillənən qurum sentyabrın 10-da yaydığı hesabatda bildirib ki, Çin hökuməti Sincan regionundakı uyğur türklərini “qanunsuz saxlayır, işgəncə verir, onlarla pis rəftar edir, getdikcə gündəlik həyatlarını daha çox nəzarətdə saxlayır”.

Hesabatda BMT-nin İrqi Ayrıseçkiliyin Məhvi Komitəsinin qeydlərinə də yer verilib. Komitə avqustun 10-da bildirmişdi ki, Çindəki uyğurlar “ekstremizmə qarşı mərkəzlər”də saxlanır, milyonlarla uyğur türkü yenidən təhsil düşərgələrinə cəlb olunur, Çinin uyğur regionu “kütləvi həbs düşərgəsini xatırladan məkana” çevrilir.

Qeyd edək ki, Çin şovinist üsullarla işğal etdiyi Şərqi Türküstanda fiziki və mənəvi soyqırıma məruz qoyur.

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …

Bir cavab yazın