Şənbə , May 10 2025
azfa

Mollalar Güney Azərbaycanı koronavirus fəlakətinə düçar etdikdən sonra Təbriz küçələri boşaldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir neçə milyon əhalisi olna Güney Azərbaycanın baş şəhəri Təbriz, mollalar Güney Azərbaycanı koronavirus fəlakətinə düçar etdikdən sonra özünü karantin edib. Əhali imkan daxilində evdə qalıb, koronavirusun yayılmasının qarşısını almağa çalışır.

Dünən Güney Azərbaycanlı milli-mədəni fəallar könüllü şəkildə şəhəri dezinfeksiya edib, əhalini evdə qalmağa səslədilər. Bundan sonra şəhərin küçələri demək olar ki, boşalıb.

Əvvəlki illərdə Novruz bayramı ilə əlaqədar qohum-əqrəbalarının, tanışlarının ziyarətinə gedənlərin çox olması səbəbindən şəhərin sıx küçə və prospektləri bu bayramda boş qalıb.

Mollalar isə şarlatanlığına davam edərək Qumdan bütün şəhərlərə dağılışıb koronavirusu geniş şəkildə daymaqda davam edirlər.

Həmçinin yoxlayın

Həmədanda ev növbəsinə yazılmış vətəndaşlar etiraz aksiyası keçiriblər

GADTB: Güney Azərbaycanın Həmədan bölgəsində əhali etiraz aksiyası keçirib. Milli Ev layihəsinin narazı müştəriləri tikinti …

Uitkof: İranın uranı zənginləşdirmə proqramı davam edə bilməz

GADTB: Amerika prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof deyib ki, “İranın uranı zənginləşdirmə proqramı bir də …

Bir cavab yazın