Cümə axşamı , Oktyabr 15 2026
azfa

Müctəba Xameneinin ABŞ-la danışıqlara icazə vermədiyi iddia edilir

GADTB: İran parlamentinin vitse-spikeri Əli Nikzad ABŞ-ın İranla danışıqlar apardığı barədə iddiaları təkzib edib və Müctəba Xameneinin bu danışıqlara icazə vermədiyini bildirib. Bu barədə İranın “Fəraru” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, parlamentin spikeri Qalibafın ABŞ-la danışıqlar aparması iddiası da əsassızdır.

Nikzad vurğulayıb ki, müharibə, sülh və danışıqlar məsələsi ölkənin Ali Rəhbərinin səlahiyyətindədir və danışıqlara icazə verilməyib.

Nikzad Hörmuz boğazının da heç vaxt açılmayacağını bəyan edib. O əlavə edib ki, bu mövzu ilə bağlı heç bir danışıq aparılmayıb və aparılmayacaq.

Həmçinin yoxlayın

Təbrizli rejissor iş axtarmaq üçün Türkiyəyə köçən fəhlələrdən danışıb

GADTB: Təbrizli rejissor Məhəmməd Əlimuradi özünün “Instagram” səhifəsində Razi sərhəd-keçid məntəqəsindən Türkiyəyə keçən çoxsaylı fəhlələrlə …

Təbriz Ticarət Palatasının rəhbəri Şərqi Azərbaycanın bank resurslarının bölgədən kənara çıxarılmasına etiraz edib

GADTB: Təbriz Ticarət Palatasının rəhbəri Yunis Jailə bank kreditlərinin qeyri-bərabər bölüşdürülməsini tənqid edərək bildirib ki, …