Cümə axşamı , Sentyabr 17 2026
azfa

Molla rejimin həbs etdiyi təbrizli azərbaycanlı milli fəal Əyyub Şirinin taleyi naməlumdur

GADTB: Təbrizdə yaşayan azərbaycanlı milli fəal Əyyub Şiri çərşənbə axşamı səhər saatlarında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Onun saxlanılmasından bir neçə gün keçməsinə baxmayaraq, heç bir təhlükəsizlik və ya məhkəmə qurumu bu həbslə bağlı məsuliyyəti üzərinə götürməyib. Bu isə onun taleyi və sağlamlıq vəziyyəti ilə bağlı narahatlıqları artırıb.

Ailəsi Əyyub Şirinin vəziyyəti barədə məlumat almaq üçün müxtəlif qurumlarla əlaqə saxlayıb, lakin aydın cavab əldə edə bilməyib. Onun mobil telefonunun söndürülü olduğu bildirilir. Ailənin Kəşfiyyat Nazirliyinin xəbər mərkəzinə və SEPAH-ın kəşfiyyat təşkilatına etdiyi müraciətlər də nəticəsiz qalıb və həmin qurumlar məsələ ilə bağlı məlumatlarının olmadığını bildiriblər.

Həbs olunan fəalın qardaşı və azərbaycanlı fəal Davud Şiri bəyan edib ki, qardaşının həyatına yönələn hər hansı təhlükəyə görə məsuliyyət hakimiyyətin üzərinə düşür. Onun sözlərinə görə, daxili təhlükəsizliyi təmin etdiyini iddia edən sistem bu vəziyyətə görə cavab verməli və qardaşının taleyi, saxlanıldığı yer və sağlamlıq vəziyyəti barədə məlumatı mümkün qədər tez açıqlamalıdır.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …