Cümə axşamı , Oktyabr 29 2026
azfa

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki lüks mənzili satışa çıxarılıb. 36 milyon funt-sterlinqə alınmış bu penthauslar “Ayəndə” adlı ləğv edilmiş bankın sahibi və Müctəba Xameneinin vasitəçisi olmaqda ittiham edilən Əli Ənsarinin sanksiyaya məruz qalmasından sonra satışa çıxarılıb.

Məlumata görə, satışa çıxarılan mənzillər Londonun qərbində, Kensinqton Sarayının bağlarının yaxınlığında, 3A Palace Green ünvanındakı müasir binada yerləşir. Mənzillərin hər birində işçilər üçün ayrıca yaşayış sahəsi və damda şəxsi terras var.

Bu iki mənzil 2014 və 2016-cı illərdə Əli Ənsari tərəfindən alınıb. Ənsari iyul ayında ABŞ Maliyyə Nazirliyi tərəfindən sanksiyaya məruz qalıb. Nazirlik onu Müctəba Xameneinin “əsas maliyyə təminatçısı” kimi təqdim edib.

Həmçinin yoxlayın

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Molla rejimi mühasirədən yayınmağa yol axtarır

GADTB: İran parlamentinin Sənaye və Mədənlər Komissiyasının sözçüsü Zəhra Səidi Mübarəkə İranın dəniz, hava və …