Çərşənbə , Sentyabr 30 2026
azfa

Təbrizdə VI Muğam Musiqisi Festivalı keçiriləcək- Video

GADTB: Təbriz yenidən muğam musiqisinin nəğmələrinə ev sahibliyi edəcək. Azərbaycanın qədim və milli musiqisinin qorunması və tanıdılmasına həsr olunan festival ölkənin müxtəlif bölgələrindən sənətçilərin, musiqi qruplarının və bu sənətə maraq göstərənlərin iştirakı ilə keçiriləcək.

Festival sentyabrın 24-dən 29-dək iki bölmədə təşkil olunacaq. Sentyabrın 24-dən 26-dək olan proqramlar Media və İncəsənət Kampusunda, sentyabrın 27-dən 29-dək keçiriləcək proqramlar isə Şəhriyar Beynəlxalq Konqres Mərkəzində (Xavəran) təşkil ediləcək.

Festivalın bağlanış mərasimi sentyabrın 30-da Şəhriyar Beynəlxalq Konqres Mərkəzində keçiriləcək.

Bu tədbir Azərbaycanın musiqi irsinin qorunması və muğam musiqisinin dəyərli imkanlarının sənətsevərlərə tanıdılması baxımından mühüm fürsət olacaq.

https://t.me/GADTB1/58676

Həmçinin yoxlayın

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …

Azərbaycan istehsal etdiyi PUA və başqa silahlarını nümayiş etdiyib

GADTB: Azərbaycan istehsal etdiyi PUA və başqa silahlarını nümayiş etdiyib.  “ŞAHİN-E” çoxfunksiyalı pilotsuz uçuş aparatı …