Bazar , Fevral 25 2024
azfa

Muğanda Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə vərəqələr paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan (Parsabad) şəhərində Azərbaycan Milli Hərəkatının fəalları 21 dekabr (12 dekabr) – Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümü münasibətilə vərəqələr paylayıblar.

Azərbaycanlı fəalların yaydığı vərəqələrdə Azərbaycan türklərinin həmin dövrdə öz müqəddəratını təyinetmə hüququ və Azərbaycan milli hökumətinin hakimiyyətinin bir ilində xidmətləri, ana dilində təhsil, torpaq bölgüsü, universitet tikmək, parlamentin yaradılması və s. haqda bəhs edilir.

Güney Azərbaycandakı Milli Azadlıq Hərəkatı Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə Azərbaycan Milli Hökumətinin yaranması ilə nəticələndi. Аzərbаycаn Milli Məclisi хаlqın аzаdlığını qоrumаq üçün Аzərbаycаn Milli Hökumətinə geniş səlаhiyyət vеrdi. Şаh hökumətinin Təbrizdəki qоşun hissələri dеkаbrın 12-də fədаilərə təslim оldu. 1945-ci il dеkаbr аyının 20-dən Аzərbaycan İran hökumətinin zülmündən хilаs еdildi və Аzərbаycаndа xаlq hаkimiyyəti quruldu. Lakin dünya imperializminin dünyanı paylaşmağa qərar verdiyində Cənubi Azərbaycan yenidən Qərbin müttəfiqi İran adlanan əraziyə birləşdirilməsi qərar alındı. Pəhləvi rejimi soyqırım törətməklə Güney Azə\rbaycanı yenidən işğal etdi.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …