Çərşənbə , Oktyabr 14 2026
azfa

Muğanda azərbaycanlı ailə öz övladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir

GADTB: Güney Azərbaycanın Muğan bölgəsində azərbaycanlı ailə öz pvladına “Güntay” adına doğum şəhadətnaməsi ala bilmir.

Molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi Güntay adlı yeni doğulmuş körpəyə doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Körpənin atası Kamal Cavanşir Balamın Adı kampaniyasına bununla bağlı deyib: “Oğlum 2025-ci il aprelin 22-də dünyaya gəlib. Mən və həyat yoldaşım oğlumuza türkcə Güntay adını seçdik. Muğanşəhr qeydiyyat idarəsinin rəsmiləri bu adın Qeydiyyat Təşkilatının sistemində olmadığını, ona görə də bu ada doğum şəhadətnamə verə bilməyəcəklərini dedilər.”

Qeyd edək ki, İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə doğum şəhadətnaməsi verməməsi bu adların təsdiq edilmiş İran adları siyahısında olmaması ilə əlaqələndirilir. İrqçi fars-molla rejimi Azərbaycan türklərinə öz övladlarına öz dillərində ad qoymağı qadağan etməklə, bu millətin milli kimliyiniu məhv etməyi qarşıya məqsəd qoyub.

Həmçinin yoxlayın

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …

Almaniya: İran ciddi danışıqlara başlamalı və Hörmüz boğazını heç bir məhdudiyyət qoymadan açmalıdır

GADTB: Almaniya hökuməti bildirib ki, ölkənin federal kansleri Fridrix Merts Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin …