GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri, Siyamək Mirzai və digər azərbaycanlı siyasi məhbusların azadlığı tələbi ilə divarlara şüarlar yazıldı.
Azərbaycanlı milli-mədəni fəallar geniş şəkildə divarlara şüarlar yazmaqla İbrahim Nuri, Siyamək Mirzai və Güney Azərbaycanın rejimin zindanlarında həbsdə olan siyasi məhbuslarına azadlıq tələb etdilər.
Fəallar divarlara “İbrahim Nurini azad edin”, “Siyamək Mirzaiyə azadlıq” və “Azərbaycanlı siyasi məhbuslara özgürlük” şüarları yazmaqla bütün azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb ediblər.