Çərşənbə axşamı , Mart 28 2023
azfa

Mühəndis Əmaninin vəfatının 10-cü ildönümündə azərbaycanlı milli-mədəni fəallar həbs edildi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, rejimin sui-qəsdi nəticəsində dünyasını dəyişən mühəndis Qulamrza Əmaninin vəfatının 10-cü ildönümündə Təbrizdə  azərbaycanlı milli-mədəni fəallar həbs, təzyiq və təhdidlə qarşılaşdılar.

Əldə etdiyimiz məlumata görə, mühəndis Qulamrza Əmaninin vəfatının 10-cü ildönümü ərəfəsində şəhidin 11 yaşlı övladı Araz Əmani və qardaşı oğlu Əmir Əmani 3 gün öncədən rejimin məmurları tərəfindən həbs edilmişlər.

Mühəndis Əmaninin vəfatının ildönümü ərəfəsindən dünən Əhərdə dr. Məhərrəm Kamrani və bu gün səhər isə Təbrizdə azərbaycanlı fəallar Səccad Əfruzian və Sədullah Sasani irqçi fars rejimin məmurları tərəfindən yaxalanıb.

Həmçinin Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Təbrizdə və Urmiyada bir sıra azərbaycanlı fəallar telefonla hədələnərək Q.Əmaninin vəfatının 10-cu ildönümü mərasimində iştirak etməmələri üçün hədələniblər.

Bir sıra azərbaycanlı fəallar da Urmiyada rejimin məmurları tərəfindən çağrılaraq hədələnib.

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı Əjdər Tağızadənin Azərbaycan Yüksəliş Partiyasında görüşü

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) sədri Əjdər Tağızadə  Azərbaycan Yüksəliş Partiyasının qonağı olub. …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Reaksiya TV”-də “Güney azərbaycanlıların Brüssel yürüşü. Nə oldu?!” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın